shape
shape

Bizim haqqımızda

OnlyTəhsil

Only Tehsil olaraq, xaricdə təhsilin ciddiliyini anlayan, peşəkar, təcrübəli, çevik, keyfiyyətli və dürüst xidmət siyasəti ilə fəaliyyət göstəririk.
Only Tehsil — xaricdə təhsil sahəsində məsləhət xidmətləri göstərən bir qurumdur. Təcrübəli komandamızla ölkə və universitet seçimindən tutmuş viza dəstəyi, sərfəli nəqliyyat və təhsil müddətinin sonuna qədər tələbələrə ən yaxşı fürsətləri təqdim etməyə çalışırıq.
Sektor və texnologiyadakı yenilikləri yaxından izləyən Only Tehsil, qısa zamanda keyfiyyətli və dürüst xidmət siyasəti ilə sahənin qabaqcıl şirkətlərindən birinə çevrilmişdir.
Gələcək illərdə əsas məqsədimiz xaricdə təhsil sahəsində aparıcı və yön verici marka olmaqdır. Bu hədəfə gedən yolun tələbə məmnuniyyətindən keçdiyini anlayırıq.

Şirkətimiz xaricdə təhsil sahəsində dövrün tələblərinə uyğun keyfiyyət standartlarını tətbiq edir.

Keyfiyyətli, etibarlı və yüksək standartlı xidmət prinsiplərini əsas tuturuq

 

 

Niyə Biz?

  • Məqsədimiz Azərbaycandakı  tələbələrin yüksək ödəniş etmədən, heç bir problem yaşamadan keyfiyyətli təhsil almasını təmin etməkdir.

  • Ukrayna qanunvericiliyi və beynəlxalq razılaşmalara əsasən fəaliyyət göstərən rəsmi qeydiyyatdan keçmiş şirkətik.

  • Ukrayna Təhsil və Elm Nazirliyinin lisenziyasına sahibik.

  • Hər müraciət edənə fərdi yanaşma göstəririk.

  • Bir çox beynəlxalq proqram və təşkilatlarla partnyoruq.

  • Akademik mərkəzlərlə əməkdaşlıq edirik.

  • Ukraynanın aparıcı ali təhsil müəssisələri ilə birgə çalışırıq.

  • Peşəkar hədəflərinizə və şəxsi seçimlərinizə uyğun təhsil müəssisəsini seçməyinizə kömək edirik.

  • Keyfiyyətli və münasib qiymətə təhsil xidməti təqdim edirik.

  • Qiymətlərimiz əvvəlcədən bildirilir və dəyişməz qalır.

  • Ukrayna səfirliklərində tələbələrə viza dəstəyi göstəririk.

  • Ukraynaya gələndə viza və yaşayış icazəsi ilə bağlı yaranacaq istənilən problemi həll etməyə hazırıq.

  • Tələbələrin Ukraynada qalma müddətində hər bir sualına cavab verərək, onları məlumatlandırır və ən yaxşı şəraiti yaratmağa çalışırıq.

  • Tələbə qəfil xəstələndikdə və ya zədə aldıqda tibbi yardım göstəririk (sığortadan əlavə). 24 saat təcili tibbi yardım mövcuddur.

  • Hüquq-mühafizə orqanları ilə bağlı məsələlərdə tələbələrimizə dəstək oluruq.

  • Şirkətimiz Ukrayna Təhsil və Elm Nazirliyinin qaydaları əsasında fəaliyyət göstərir, bu səbəblə müxtəlif vəziyyətlərdə tələbələrimizə yardım edə bilirik.

  • Əməkdaşlıq etdiyimiz universitetlərin sayı hər il artır.

  • Xarici tələbələrin Ukrayna ali təhsil müəssisələrinə qəbulu ilə bağlı bütün prosedurları detallaşdıraraq təkmilləşdirmişik.

  • Ukrayna səfirlikləri və konsulluqları ilə vizalarla bağlı əməkdaşlıq edirik. Eyni zamanda Ukraynada əcnəbilərlə bağlı məsələlərdə hüquq-mühafizə orqanları ilə birgə işləyirik.

  • Digər şirkətlərin bacarmadığı mürəkkəb məsələləri — viza, təhsil prosesi və sənəd təsdiqlərini peşəkar səviyyədə həll edirik.